Milli-mənəvi dəyərlərə bağlılıq

 

İsmayıllı Rayon İcra Hakimiyyətində dini icma üzvləri və din xadimləri ilə görüş keçirilib.

Görüş zamanı rayonda dini durum ilə bağlı müzakirələr aparılıb.  Öncə İsmayıllı rayonunda tolerantlıq və multikulturalizm ənənələrinin hökm sürdüyü, milli-mənəvi dəyərlərə bağlılığın üstünlük təşkil etdiyi vurğulanıb.

Görüşdəki çıxışlar zamanı rayonun din xadimləri, ağsaqqallar və ziyalılar tərəfindən əhali arasında dini maarifləndirmə işlərinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

 

 

 

Şərh Yaz