Vətənpərvərlik təbliğ edən layihə
20 sentyabr 2024-cu il tarixdə Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi İdeyanı Reallaşdır 2023 Gənclərin Fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi olan “Şanlı Qələbəmizə Gedən Yol” layihəsinin İsmayıllı rayonunda ilk açılış tədbiri həyata keçirilib.
Tədbir iştrakçıları lahiyə öncəsi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad edib. Ardınca İsmayıllıdakı Şəhidlər xiyabanında Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının məzarları ziyarət edilib. Daha sonra İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliği, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması hərbi-vətənpərvərlik istiqamətində, gənclərin hərbi savadlılığının artırılması məqsədilə təlim tədbirlərinin keçirilməsindən ibarət olub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin nümayəndələri, layihə komandası, təşkilat rəhbərləri, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin müəllim və tələbə heyəti, ictimaiyyət nümayəndələri iştirak edib.
Təlimin sonunda bir qrup gəncə Fəxri fərman və Sertifikat təqdim olunub. Göstərilən diqqət, dəstəyə görə xüsusilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru dosent Kəmalə Süleymanlıya, kollecin əyani şöbə müdiri Elmir Ağayevə, eləcə də təhsil ocağının tələbə heyətinə minnətdarlığımızı bildiririk.
Onu da qeyd edək ki, layihənin növbəti mərhələsi 25 sentyabr tarixində Qəbələ rayonunda – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçiriləcək.
Xəyal Məmmədəliyev,
layihə rəhbəri