Nailiyyətləri olan şagirdlərlə görüş   

İsmayıllı rayonu üzrə olimpiada və müxtəlif müsabiqə qalibləri olan şagirdlərlə görüş keçirilib. Görüş İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində baş tutub.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov İsmayıllı rayonu üzrə Respublika Fənn Olimpiadalarında və müxtəlif müsabiqə, eləcə də idman yarışlarında nailiyyətləri olan şagirdlərlə görüşdə İsmayıllı Rayon Təhsil Sektorunun, ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin rəhbərliyi və kollektivi, təhsil müəssisələrinin rəhbərləri də  iştirak ediblər.

Tədbirdə idarə müdiri səlahiyyətlərini icra edən Həmid Qasımov çıxış edərək şagirdləri təbrik edib, onlara gələcəkdə daha yüksək uğurlar arzulayıb. Daha sonra RTİ rəhbəri təhsil müəssiələrinin rəhbərlərinə müəyyən tapşırıqlar verilib, yeni tədris ilində onlara uğurlar arzulanıb.

Sonda şagirdlərə Fəxri fərman və hədiyyələr təqdim edilib.

 Ü.Zeynalova

Şərh Yaz