Foto sənətinə marağın artırılır
5-15 sentyabr 2024-cü il tarixlərində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya sənin baxışında” regional onlayn fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbirin keçirilməsində əsas məqsəd “Yaşıl dünya naminə həmrəylik ili”nin qeyd edilməsi, təbii və mənəvi dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılması, region gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi, foto sənətinə marağın artırılması, həmçinin istedadların üzə çıxarılması və tanıdılması olub.
Müsabiqənin nəticəsinə əsasən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri Xatun Hüseynova birinci, Kərim Boyaqçızadə ikinci, Firəngiz Zeynalova isə üçüncü yerə layiq görülüb.
Müsabiqənin qaliblərinə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Diplomları təqdim olunub.
K.Boyaqçızadə