Vacib amillər haqqında maarifləndirici tədbir  

İsmayıllı şəhər 4 saylı uşaq bağçasının təşkilatçılığı ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti tərəfindən uşaqların sağlam böyüməsində vacib olan amillər haqqında maarifləndirici tədbir keçirilib.

İsmayıllı Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Xatirə Ağayeva peyvəndlərin uşaqların sağlamlığı üçün əhəmiyyəti, qarşısı alına bilən xəstəliklərdə peyvəndlənmənin vacibliyi, ana südünün uşaqların sağlam böyüməsində rolu haqqında gənc analarla səmimi söhbət aparıb.

Şüa diaqnostika üzrə həkim Könül Əbilova xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolundan danışaraq gənc analara övladlarının sağlamlığı ilə bağlı lazımi tövsiyyələrini verib, həmçinin onları maraqlandıran sualları cavablandırıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz