Qardaş xalqların ədəbiyyatından: Özbəkistan 

Abdulla Vəxş

 

Abdulla Əhməd oğlu Mengabilov  (Abdulla Vəxş) 1962-ci ildə Surxandərya vilayətinin Vəhşivar kəndində anadan olub. 1980-85-ci illərdə hərbi xidmətini Əfqanıstanda keçirib. 1990-cı ildə ÖzMU-nin tarix, 2000-ci ildə Daşkənd Dövlət İqtisad Universitetinin iqtisad fakültəsini bitirib. 1992-ci ildən ÖzMTRK sahəsində çalışır.

Abdulla Vəxş Beynəlxalq  Ədəbiyyat, Sənət, Mədəniyyət və İctimai Elmlər Akademiyasının təsisçisi və rəhbəridir.

O, “Sizi yaxşı tanıyıram”, “Eşq ağacı”, “Cənnət  yurdum”, “Məhəbbət simfoniyası” şeir kitabları, iyirmidən artıq hekayə və nəsr əsərlərinin müəllifidir.

Beynəlxalq Avrasiya Xalqları Assambleyası, Beynəlmiləl Yazıçılar Birliyi, Mərkəzi Asiya Yazıçıları, Tarixçiləri Birliyinin üzvüdür.

 

Salam, məhəbbət

 

Yanar yanaqların.

Gözlərində köz,

Bir çınqın qəlbimə od vurdu yenə

Canım alovlanır, əzabın əziz,

Səadətin əziz… eşq verdin mənə!

 

Gözündən kənara daşmaqda mehr

Başım üstə səma yellənər sərxoş.

Sinəmdə tapasan rahatlıq – hüzur

Qəlbim dalğasında üzür kədər xoş…

Baxışların incə…

Xoştəb dilbərim,

Dörd fəsili  bəxtəvər edirsən məni!

Gözlərimtək əziz, cansız gövhərim –

Baxışlarımda qoruyuram səni!..

 

***

Dünyama od vurdun, könül,

Külümü də gözümə saçdın.

Qara gözümün qaralığından

Əbədiliyə bir baxış açdın.

Anlayıram, bildiyim doğru,

Yaradan sözüdür, qulaq as:

Adamdır yaranmışlar hürü,

Təkcə onadır Sülh – Azadlıq xas.

 

Qollarından qan sızan məxluq,

İş görəndə Xaliq adından.

İnsandakı xeyir və xoşluq,

Xəncər olub çıxar qınından…

Ölüb gedən hüceyrələr də

Tel-tel olar, fırlanar yenə

Əbədilik ola bilməz mənim,

Əzabdır, səndə qalır bədənim!

 

Dərinlikdən bir ruh baxar məsum,

Canım ipi əlində, yığmaz…

Yer üzünə sığmayan ruhum,

Güman var,

Ərşə də sığmaz!

Mənə əziz, Allah xilqəti,

Hansı dildə dinsə də qələm,

Var olan dində,

Bütün millətdə –

Abdullayam,

Tamam –

Əssalam!

 

***

Allahım, sən belə batmağımı gör,

Ürəyimi bürüyüb eşqə!

Mən ölmərəm.

Vaxt gələr bir gün

Nurlu mahnıya çevrilərəm!

 

Nəğmələrin ürəyi qan verər,

Çevrilər, əbədi aşiq deyə.

Ürəklər içrə gəzib dərbədər,

Dönərəm sirli nəğməyə!

 

Mən dünyadan köçən  bir anam –

Adım istək sinələrində

Sığınacaq

…kimlər ki hələ

Qəldin töküb didələrimdən!

 

Allahım belə yaratdı,

Çox qəm

Dərdim qəlbin sınıqlarını

Saxlayıram,

Sənin üçün,

Əzizim,

Şeirlərimin saflıqlarını.

 

Allahım, sən belə batmağımı gör,

Ürəyimi bürüyüb eşqə!

Mən ölmərəm.

Vaxt gələr bir gün

Nurlu mahnıya çevrilərəm!

 

***

Ürəyim ağrıdı…

Sevmirəm deyib…

Ayın işığına baxmaq şərtdimi?

Mən bihudə yandım, içimi yeyib,

Eşq –

Qaçdığımda sakit dərddimi?!

Baxsam –

ətrafda ay üzünü gördüm,

Əhdlə vəfa daman sözünü gördüm!

Diqqətlə göz diksəm

Baxışlarında –

Güzgü yerin tutan gözləri gördüm!

Dodağı dişlədim,

Qanadı qəlbim,

Saş qəlbimə  hopdu saxta ətirlər.

Ovcumda, məsuma bildiyim ağ gül –

Çöhrəsindən qara  qubarlar çəkər…

Zəmanə zaydımı, ya əzəl adət

Ölməz duyğulara güc gələr insan!

Bəzən dabanına batar məhəbbət-

Bəzən

əla olur

Olsa da tikan!

Ürəyim ağradı…

Sevmirəm deyib.

 

***

Gəlişin gətirdi cənnət ətrini,

Dünya güllərincə sənə salamlar.

Mən, sənsiz

Bir ovuc

Buza çevrildim.

Könülə

Tikantək batar kəlamlar…

Olduqca rəhimsiz  tale fikrini,

Hər gündə çəkirəm

Söz zəhərini!

Lalələr əyməmiş dik qamətini,

Sənsizlik qövs etdi,

Əydi qəddimi!

 

Qəddim kamanından ayrılan illər,

Səpdi başım üstə xəzanlarını.

Calansın sığala uzanan əllər,

Qəlbdə çəngəlləsin xoş anlarını.

Çaxsın sınan qəlbdə bir yaşıl boşluq

Allahın hökmümü.

Bu bağ gül açdı?!

Yola sənin kölgən düşdü qəfildən –

Könlünə al lalə rəngini saçdı…

 

Səlbdəki gül sayı sənə salamlar,

Sağlamam, həyata hələ

Qoyub qəsd!

Səcdənə  gül açıb düşən kəlamlar –

Haqdır,

Yaşayıram söz sehrində məst!

 

Nə isə sinəmdə cızz edib yandı,

Yandırdı qəlbimin dərd nifrətini!

Sözün lələyində gizlədin yandım,

Səninçün

Gözəl cənnət ətrini!

 

***

Həsrət ağlar…

Kandarınızda

Ümidinin köpüyü şişmiş.

Hədsiz rahatlıq

Məstanəm, sənə –

Mənə

Ərşi-əladan düşmüş!

 

Kipriklərində həsrət tilsimi

Açıb qoymuş qəlb dərvazasın!

Sənin aşiqin…

Hardan bilsin o –

Titrəyib durmaqda avazın…

 

Qəlbini yandırar bir söz

Gözlər mərcan yaşla dinər.

Başla daha

… bunca tərssən!

Mənim ac könlüm

Bundan da beş betər

 

Həsrət ağlar kandarınızda,

Yağan qarı kirpiklər görər.

Duyğularım ümidvar sənə

Cismim qapı dalında durar.

 

Həsrət ağlar kandarınızda…

 

***

Mənim dərdlərimdən utanar bağır.

Sənin əsabından yanmaqdadır yer.

Özün de,

Nə edək?

Çarə yox axır,

Həmdəmim deyilsən,

Sən yad bir mələk!..

 

Ahından od almış köksümün içi,

Tapmaq çox müşküldür.

Sənsiz nədəsi!

Ürək yaradırmı?

Ya qismət yara –

Məndə yaratdınmı

Eşqdən qəfəsi?

 

Asta əriməkdə dağların qarı,

Təpələrdə seyrək açmaqda güllər,

Uzağa yollayıb sanki baharı

Buzların dağından baxar könüllər.

 

Nar kimi əzilmiş bu qəsr içində

Tüfanlar yatmaqda xəyalınla məst

Sübhün səhərində

Bəxtə mübtəla –

Gələrsənmi?

Əslində.

əlindən gəlməz!..

 

***

Şeirim – sübh çağı ibadətlərim,

Tanrıya üz tutan naləmtək qırıq!

Sətirlər – dolmayan könlümtək yarım,

Sözlər – bir qızcığaz gözü – yaraşıq!

 

Dolmuş ay süzməkdə kağız səthində,

Nurlu ünvanlara yetişmək olar.

Çəpəri sökülmüş əla bəxtimdən,

Azğın xəyallara  yetişmək olar.

 

Barmağı nazikdir azğın xəyalın,

Dodağı iydənin yarpağına bab.

Yerdəki kölgəsi göydəki ayın,

Gün boyu sürünsəm gətirəmməz tab.

 

Üzüntək yarpızı, süsəni  gördüm,

Yeni gün üzütək kəlməni gördüm.

Gözümü tam yumdum, bəxtdən inciyib,

Gözümün içində bir səni gördüm.

 

Şerimin ürəyi başqa cür vurdu,

Hansı sətirdəsə hıçqırıb durdu.

Yersiz oyun açan sevimli qələm,

Nöqtəni  qoyub da, yolunu burdu…

 

Şeir ilə tənha qalıb, ovundum,

Dinlədim hər sözün iddiasını.

Sənə xoş gəlirsə, düzü, sevindim,

Rəbbim, hamıya ver,

Özün ver ən dəqiq müddəasını!

 

 

***

Sənin günahların indi xeyli çox,

Allah qullarını yoxlayan anda.

Həsrətim yükləri hədsiz ağır – Ox!

Canımın telinə qayçı vuranda!

 

Sənin küsülərin mənim səhvlərim,

Peşman olmağımdan yox sənə nicat.

Bizsiz göylərdə də pozulub rejim,

Bizsiz qınaqla da dolun bu həyat.

 

Məni peşman edən heç sən deyilsən,

Bu yalan dünyada görmədim məna.

Bilirəm, yuxuya nurlar deyil tən –

Yuxuyla savaşda… boyandım qana!

 

Əgər kimdə isə bərk vurar ürək,

Yaxşılıq hiyləyə nə var verəcək!

Dünya təmizlənsə qubarlarından,

Hələ də cismimdə döyünər ürək!

 

Sənin günahların indi xeyli çox.

 

***

Səhər, sübh…

Başqa cür çıxmaqda quşlardakı ün,

Havanı əsdirib durubdu gur səs!

Səssiz ağacların miskin nəğməsi

Batin təbiətin hüsnünü görün.

Bir qədər təmizdir hələ bu hava,

Nəfəslər qəlb açan, ürək həzz alır,

Yalnız quşlar uçur, sübhdə o nəva

Daha uzaqlara gedir, səs salır…

 

Pəncərəm yanında, barlı budaqda

Bülbül oxuyardı sərməst və sərxoş.

Bədənin sakitcə getdi ahından,

Ah, necə qəlbaçan ötür azad quş…

Dinmədən bozarıb çıxmaqda günəş.

Dinmədən bu şəffaf sükunət sınar.

Sərxoş naxırçılar qaldırmaqda baş

Səssizcə quşların nəğməsi dinər.

 

Sakit pəncərəni açıram asta,

Bülbülə rəğbətlə qulaq asıram.

Səsi ürəyimə aşna, peyvəstə,

Hər səs sahibini qəlbə basıram.

Ya qəlbim darmıdır, ya səs sahibi.

İndi tək qalıbdır, kim indi bülbül,

Sazını ey aşıq,

As, mıxda qalsın,

Bir az imkan vermə, oxuya bülbül…

Səhər, sübh…

Rahat yayılmaqda quşların səsi.

 

***

Yuxuma girmirsən indi…

Odur ki,

Yuxularım da yolunuzdan yan keçər.

Küçənizdə görsəm qırmızı donlu,

Keçmək istəmərəm, o sənə bənzər!

 

Sən olan ətrafdan qıfıl asacam

Keçdiyin yollarda tikanlar olsun!

Bir vaxtlar sinəmi qıdıqlayan saç

əlimçün darıxıb, açıq, zar olsun!

Göz ilə kirpiyin arasında buz,

Ürəyin qını da buztək parçalar.

Ey könül, keç ondan, ümidini üz –

Bu eşq həlak edər, sinəni yırtar.

 

Həsrət, sən qapına qalın cəftə vur,

Ümidi daxil et indi qəfəsə!

Qiyamət gəlincə bu səbirdə dur –

Məşhər gününədək qal bu nəfəsdə!..

 

***

Vəsl –  eşq ənlinə canın özəyi.

Vücudlara ərşdən axıb gələr nur!

Can – nanə,

Vəslində qəlbim qan idi,

Pak yarı hiss etdim,

O, qədərsiz huzr!

 

Yandırdı dodağı qaynar aşkarlar,

Anladım bu qədər sevdiyimi mən!

Özündən başqası – yalan xumarlar

Yaradan sel tökdü didələrimdən.

Bəndəsi acizdir Saf eşq önündə,

Bu duyğudan – torpaq gül açar – qəti!

Dağlar da çay olub ağlaşar – qəti!

Damcı sərt daşı da bil, oyar – qəti!

 

Sən də damcı idin, sevgi  fəslində.

Mətin, daş qəlbimi

Qan etdin,

Oydun!

Vəslinə yetəndə… eşqimdən sərməst –

Yarın varlığın da unudub qoydun…

Dəyişib, qocalan od  yaddaş ilə,

Çəkib can deyirəm:  Sevirəm səni…

Gözlərim içində qaynar yaş ilə,

Astadan deyirəm: Sevirəm səni!..

 

Bəndə aldanandı – aldanar təkrar,

Neçə yol eşq sayıb, öyüb üzünü!

Amma

Əsl yar, həm Pərvərdigar

Məntək sevər,

Səntək yalan dünyanı!

 

***

Yanımda sən hər gün yalan deyərsən,

Şənini tapdayıb, palan  deyərsən.

 

Sözünün naxşına özün inanıb,

Dirildib, öldürub hədyan deyərsən.

 

Axar su axmaqda, sənsə hələ də,

Özünə sahibi-dövran deyərsən.

 

Gözümə baxmağa cürətin yetməz,

Ürəyə baş əyib, nalan deyərsən.

 

Sanki mən acizəm hiylən önündə,

Dünyadan bixəbər, nadan deyərsən.

 

A.Vəhşin qəlbində olmağı bilsən,

Sən hər nə desən də, şadman deyərsən.

 

Aramsız yağmaqda davam edər qar

 

Aramsız yağmaqda davam edər qar,

Köhnə ayaq izi əriyib gedər.

Mənim ürəyimdə il boyu bahar –

Çılpaq izlərim də  bir az çiçəklər…

 

Aramsız canını bürüməkdə buz,

Sürüşkən könlündə boran hökm edər,

Könlün göylərində bitən ey yarpız,

Hilal qaşlarına buz geyim girər.

 

Aramsız şaxta da  verməkdə əzab!

Buzu yarıb çıxan otlar söz aldı.

Qaşların mənası özü bir kitab,

Xatiratla məni səhər qaldırdı.

 

Durmadan bahar da çevrilib gələr,

Dönə-dönə gələr yay, qızıl payız.

Xəzanlar çiçəklər üstünə gülər –

Qızıl çəliklərin  edərək göz-göz!

 

Durmadan, özümün dəyişməyimdən,

Fəsillərin başı, gözü oynaqda.

Dörd fəsil gül açıb, meyvə verməyən –

Qurumuş arzular gecə sınmaqda!

Sınmaqda… aramsız.

 

Ən böyük bədbəxtlik

 

Kötək yeyən ittək könlün paradır,

Ayağını bassan, yasaq çarədir.

Bir nida köksünü almış yaradır –

Ən böyük bəxtsizlik – Vətənsizlikdir!

 

Əlcən yerin olsa, ev  salar idin,

Evlənib, yarını qıdıqlar idin.

Balanı məktəbə qoltuqlar idin,

Ən böyük bədbəxtlik – Vətənsizlikdir!

 

Sabaha inanıb yol gedər idin,

İstək, həvəsini bol edər idin.

Evinin dörd yanın gül edər idin,

Ən böyük bədbəxtlik – Vətənsizlikdir!

 

Vətənə söykənib süzülmək mümkün,

Can borcdur, əl çəkmək, çözülmək mümkün.

Küçədə rahatca üzülmək mümkün –

Ən böyük bədbəxtlik – Vətənsizlikdir!

 

Tapdığın  mədəyə salmasa  – dolur,

Bir gün Yaradanın buyruğu olur.

Vətənsiz quruyur – kəfənsiz ölür –

Ən böyük bədbəxtlik – Vətənsizlikdir!

 

Şeirləri Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

 

Şərh Yaz