Toy günündə səs verdilər
1 sentyabr 2024-cü il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər tarixə çevrilərək yaddaşlara yazıldı. İsmayıllıda ailə həyatı quran iki gənc üçün bu tarix başqa bir özəlliyi ilə fərqlənib.
Belə ki, İsmayıllı rayonunda toyları qeyd olunan tarixə təsadüf edən bəylə gəlin toy günündə Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində iştirak ediblər.
İsmayıllı şəhərindəki 3 saylı məntəqə seçki komissiyasından aldığımız məlumata görə yeni ailə quran cütlük bəy-gəlin paltarında 89 saylı İsmayıllı seçki dairəsinin adı çəkilən seçki məntəqəsinə gələrək, səsvermə hüquqlarından istifadə ediblər.
“İsmayıllı xəbərləri”