Azyaşlılar üçün tədbir    

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaq təhlükəsizliyi ilə bağlı “Yadda saxla, balaca” adlı maarifləndirici görüş keçirilib. Görüşdə ibtidai sinif şagirdləri, valideynlər iştirak ediblər.

Mərkəzin sosial pedaqoqu Könül Abdullayeva, sosial iş üzrə mütəxəssis-psixoloq Kəmalə Əhmədova təqdimat əsasında mövzu ilə bağlı danışıblar, uşaqların iştirakı ilə səhnəciklər göstərilib. Uşaqlara üzləşə biləcəkləri təhlükələr və onlardan necə qorunmaq barədə dialoq əsasında ətraflı məlumat verilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz