Xoş xəbər  

Bu xəbər söz yox ki, İsmayıllı şəhər sakinlərini xeyli sevindirəcəkdir.  Xəbər ondan ibarətdir ki,“Ayşən LTD” MMC-nin təsisçisi Əliyeva İradə Zülfü qızı əvəzsiz olaraq 24+1 yerli, 2 (iki) ədəd DAEWOO BS090 markalı avtobusu İsmayıllı rayonunun İsmayıllı bələdiyyəsinə ianə kimi bağışlamışdır. Bələdiyyəyə bağışlanmış avtobuslar yaxın günlərdə müəyyən marşrutlar üzrə şəhər əhalisinin, eləcə də rayon mərkəzinə təşrif buyuranların ixtiyarına veriləcəkdir. Bələdiyyənin və ictimai nəqliyyata ehtiyac duyduqlarını dəfələrlə əlaqədar təşkilatların diqqətinə çatdıran  İsmayıllı şəhər sakinlərnin adından İradə xanıma dərin təşəkkürümüzü bildirir, sakinlərə avtobuslardan xoş gün və gedişlərdə istifadə etmələrini arzulayırıq.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

Şərh Yaz