Şəhidlə bağlı məlumat saatı     

İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində  Vətən müharibəsi  şəhidi Əşrəf Məmmədlinin doğum gününə həsr edilmiş məlumat saat keçirilib.

12 sentyabr 2024-cü il tarixində kitabxananın “Oxu zalı”nda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, sonu Zəfərlə bitən 44 günlük müharibənin şəhidi Əşrəf Məmmədlinin doğum günü xüsusi ehtiramla yad  edilib.

Əvvəlcə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın əməkdaşı Ləman Səmədova şəhid Ə.Məmmədlinin həyatı və keçdiyi döyüş yolu barədə geniş məlumat verib. İsmayıllı rayon MKS-nin direktoru Orxan Ağavev Azərbaycan Respublikasının güclü ordusundan və qəhrəman oğulların şücayətindən danışıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

E.Mikayılova

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir