Xalqın milli sərvəti…
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə sosial şəbəkədə paylaşım edib.
Paylaşımda deyilir: “Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən bu günün təsis edilməsi milli dəyərlərimiz, dilimiz və əlifbamızın qorunması və inkişaf etdirilməsi üçün çox önəmli bir addım oldu.
Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, kimliyi və varlığının təsdiqidir. Ana dilimizi sevək, kimliyimizi qoruyaq.