Məqsəd də elə budur
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün qanunamüvafiq tədbirlər görüləcəyi diqqətə çatdırılıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğu bildirilib.
Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçirilən görüş-qəbullar hər bir vətəndaşın qayğısına qalmaq işinin qənaətbəxş olması tərəflərin qarşılıqlı razılığına zəmin yaratmaqdadır. Mütəmadi keçirilən görüşlərin məqsədi də elə budur.