Fəaliyyət nəticələri yüksəlməkdədir
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib. Fərdi qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələlər başçı tərəfindən diqqətlə dinlənilib. Qaldırılan hər bir məsələnin həlli üçün cavabdeh tərəflər qanunamüvafiq arayışlarla çıxış edib. Müzakirə və araşdırmalardan sonra narahatlıq doğuran hallarla bağlı müvafiq tədbirlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırılıb.
Qaldırılan problemləri quruplaşdırdıqda bəlli olur ki, RİH-ə müraciət edənlərin üstünlük təşkil edən tərəfləri aztəminatlılar, torpaq və əmlak, eləcə də vətəndaşlıq sənədlərini qaydaya salmaq istəyənlər, fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi almaq istəyində olanlar, işsizlik və xəstəlikdən əziyyət çəkənlər, sosial yardıma ehtiyacı olanlardır.
İsmayıllı RİH-də keçirilən qəbullardan vətəndaşların razılıq etməsi onu göstərir ki, Prezident cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına rayonda ciddi əməl olunur və bu istiqamətdə fəaliyyət nəticələri qəbuldan-qəbula yüksəlməkdədir.
“İsmayıllı xəbərləri”