Göstərilən diqqət və qayğıdan razılıq
İsmayıllı Rayon İcra Hakimiyyətində RİH-nin başçısı Nahid Bağırovun, eləcə də müvafiq idarə, müəssisə və digər xidmət təşkilat rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbulu keçirilib. Qəbulda sakinlərin müraciətləri fərdi qaydada, növbəli şəkildə, diqqətlə dinlənilib.
RİH-i başçısının diqqətinə sakinlər tərəfindən çatdırılan hər bir məsələnin həlli yolları müzakirə olunub və aidiyyəti qurum və şəxslərə vətəndaşların müraciətlərinə operativ yanaşılmaları tapşırılıb.
Qəbulun iştirakçıları onlara göstərilən diqqət və qayğıdan razılıq ediblər.