Problemlər –  məişət zorakılığı, erkən nikah və narkomaniya  

8 avqust 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” ictimai birliyi tərəfindən “Qadınlar ailə dəyərləri uğrunda” layihəsi çərçivəsində “Məişət zorakılığı, erkən nikah, narkomaniya və onların fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə müəllimlər, polis əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

​ Mərkəzin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” ictimai birliyinin sədri Bahar Qasımova, sədr müavini, psixoloq Vəfa Abbasova, həkim Arzu Hüseynova, xeyriyyəçi-sahibkar Vəfa Rzayeva, İsmayıllı Rayon Polis Şöbəsinin kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşı, polis mayoru Xətai Daşdəmirli mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, bəşəriyyət üçün ən böyük problemlərdən olan məişət zorakılığı, erkən nikah və narkomaniyanın təhlükəli fəsadlarına qarşı mübarizə xüsusilə önəm daşıyır. Bu halların artması ilk növbədə ailə münaqişələrinin, boşanmaların, zorakılığın çoxalmasına səbəb olur. Çıxış edən həkim iştirakçılar həm erkən nikahın, həm də narkomaniyanın insan oqranizminə mənfi təsirlərindən, həm də sağlam nəslin dünyaya gəlməsində və formalaşmasında yaratdığı mənfi təsirlərdən danışıblar.

​Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xatirə Bağırova,

İsmayıllı UADM-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir