Şəhidin doğum günü qeyd olunub      

28 iyul 2024-cü il tarixdə yetişən nəslin qüruru, fəxri, Vətən uğrunda canından keçən, Məmmədli Cəmil Habil oğlunun doğum günüdür.

Cəmil Məmmədli 44 günlük  Vətən müharibəsində – oktyabr ayının 14-dən 15-nə keçən gecə düşmənə qarşı  amansız döyüşdə şücaətlə vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir.

Cəmil hələ məktəbdə oxuduğu illərdən müəllim kollektivinin, sinif yoldaşlarının dərin hörmətini qazanmışdır. Onun haqqında kiçikdən böyüyə, hamı hörmətlə danışır. Ona dərs deyən müəllimlər Cəmil haqqında xatirələrini danışarkən onun çalışqan, mərd, qorxmaz, xüsusi insani dəyərləri olan bir şagird

olduğunu vurğulayırlar.

İsmayıllı xəbərləri”

Şərh Yaz