Qələbə sevincini yaşadanlara minnətdarıq
Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin azad olunması xəbərini elan etməsi 28 ildən artıq həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadıb.
Bu qələbə sevincini bizə yaşadan Ali Baş Komandanımıza, qazilərimizə, zabit və əsgər heyətinə, xüsusilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə minnətdarıq. Odur ki, səfərə çıxmazdan öncə kollecin şəhid məzunları şərəfinə inşa edilmiş xatirə kompleksi ziyarət olunub.
Bu fikri 3 avqust 2024-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin inzibati işçiləri və müəllim kollektivindən bir qrupu Azərbaycanın mədəniyyət paytaxtı Şuşada və Xankəndi şəhərində ekskursiyada olduqları vaxt səsləndiriblər. Təhsil ocağının mənsubları Cıdır düzündə, İsa bulağında bölgənin digər gəzməli-görməli yerlərində olub xatirə şəkilləri çəkdiriblər.
E.Ağayev

