Vaxtında ödə, ziyana düşmə

İsmayıllı şəhər sakinlərinin – vergi ödəyicilərinin nəzərinə! 50
Əziz sakinlər, hörmətli vergi ödəyiciləri, ödəməli olduğunuz torpaq və əmlak vergiləri Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsinə aid olan, həm dövlət, həm də yerli vergilərdəndir.
Vətəndaşlarımız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1 maddəsinə əsasən əmlak vergisi, 206.3-cü maddəsinə əsasən isə torpaq vergisi ödənişi etməyə borcludurlar.
Bu vergilər müəyyən olunmuş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər ötən gün üçün ödənilməmiş vergi məbləğinin üzərinə 0,1 faizi həcmində əlavə faiz gəlirki, bu da faktiki borcun gündən-günə artması ilə nəticələnir.
Unutmamalıyıq ki, bələdiyyəyə ödənilən əmlak və torpaq vergiləri yaşadığımız ərazinin sosial infrastrukturunun yaxşılaşdırılmasında həlledici rol oynayır.
Mülkiyyətinizdə olan əmlaka və istifadənizdə olan torpaq sahələrinə görə vergiləri vaxtında ödəməyiniz artımsız borcdan qurtarmağınıza və şəhərimizin daha da abad olmasına tam zəmanət verir.
Diqqətinizə çatdırılan bu bildirişə müsbət münasibət göstərməniz ailə büdcənizə, İsmayıllı şəhərinin ictimai həyatına və ümumi mənzərəsinə diqqətinizin aşkar göstəricisi rolunu oynayır.
Əziz şəhər sakinləri, vergi ödəyiciləri, Vergi Məcəlləsinin 59.1 maddəsi tam açıqlığı ilə göstərir ki, borclu qalmaq imkansızlığı daha da kəskinləşdirən borcu artıran haldır. Yüz ölçüb, bir biçən atalarımız haqlı olaraq belə demişlər: Borcun yaraşığı onu ödəməkdir. Bu səbəbdən sizi vergi borclarınızı ödəməkdə fəallığa dəvət edirik. Vergi borclarınızla bağlı ödənişləri vaxtında edin ki, əlavə ödənişlə ziyana düşməyəsiniz.
İsmayıllı bələdiyyəsi