Başçı sürüşmə zonasına baş çəkib              

 

Son günlər aramsız yağan yağışlar nəticəsində rayonun Qoydan kəndi ərazisində yerin sürüşmə hadisəsi baş verib.

Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin məsul əməkdaşları Rayon Fövqəladə Hallar Komissiyası ilə birgə Qoydan kəndində sürüşmə zonasına baş çəkib, dəymiş ziyanla bağlı kənd sakinləri ilə məlumat xarakterli söhbət ediblər.

Rayon rəhbəri hər bir kənd sakinini həssaslıqla dinləyərək, problemlərin operativ həlli üçün aidiyyatı dövlət qurumlarına tapşırıqlar verib.

Məlumat üçün bildirək ki, sürüşmə zonasında iki fərdi yaşayış evinə ciddi təhlükə yarandığı üçün hər iki ailənin köçürülməsi təmin edilib. Onlar eyni kənddə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirilib.

Kənddaxili yollarda hərəkətin bərpası, eləcə də kəndlə rayon mərkəzini birləşdirən avtomobil yollarında nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib və müəyyən işlər görülüb.

Kənd əhalisindən ehtiyacı olanlar İsmayıllı Rayon Publik Hüquqi Şəxsi tərəfindən ilkin tibbi yardım və dərman vasitələri ilə təmin olunublar.

Hazırda sürüşmə hadisəsinin tam ara verdiyi söylənilir.

İsmayıllı xəbərləri

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir