Yeni təyinatlar
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi daxili müsahibədən müvəffəqiyyətlə keçmiş Məmmədov Ramil Azər oğlu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərəcamına əsasən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Topçu kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə, Səfərova Fatma Fazil qızı isə Gəraybəyli kənd İƏD üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.
Digər bir Sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Xanagah kənd İƏD üzrə nümayəndəsi vəzifəsinin icrası müvəqqəti olaraq Əhmədov Fərid Nizami oğluna həvalə edilib.
RİH başçısı N.Bağırov təyinat alanları qəbul edib. Onlarla söhbətdə göstərilən etimaddan və xalqa xidmətin məsuliyyətindən söz açıb. Təyinat alanlar göstərilən etimadı şərəflə doğruldacaqlarını bildirib, etibara görə minnətdar olduqlarını bildiriblər.
RİH-nin yeni əməkdaşlarını təbrik edir, onlara yeni işlərində uğur və nailiyyətlər arzulayırıq.

