Vəzifə borcu layiqincə yerinə yetirilsə      

 

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların problemlərinin həlli istiqamətində növbəti görüş keçirilib

Keçirilən görüşdə İsmayıllı rayonunda fəaliyyət göstərən aidiyyatlı idarə və təşkilat rəhbərləri də iştirak edib. Səsləndirilən problemlər üzrə araşdırmalar aparılıb. Vətəndaşların narahatlığına səbəb olan məsələlərin həlli istiqamətində müzakirələrdən sonra məsələlərin bir qismi yerindəcə həllini tapıb.

Başçı bildirib ki, diqqətlə yanaşdıqda istənilən problemin həlli yollarını tapmaq mümkündür. Bunun üçün  aidiyyəti qurumların öz səlahiyyətlərini məsuliyyətlə icra etmələri yetərlidir. Vətəndaş üzləşdiyi problemin həlli üçün icra hakimiyyətinə gəlirsə, demək kimlərsə, hansı qurumlarsa öz vəzifə borcunu layiqincə yerinə yetirmir.

Deyilənlərin vəzifə səlahiyyətlərinə soyuq münasibət bəsləyənlərə bir mesaj olduğunu nəzərə alsaq, yəqin ki, gələcəkdə problemlərin vaxtında və yerində həll olunmasına da diqqət yetiriləcəkdir.

Başçı qəbulda olanların hər birinə bundan sonra da onlara qayğılarının diqqətdə saxlanılacağını bildirib. Qəbulda iştirakdan məmnun qalan sakinlər dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz