Razılıq zəminində yaranan məmnunluq   

   

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar qəbul-görüşü rayonun Keyvəndi kəndində baş tutub.

Belə görüş-qəbullar bir qayda olaraq Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində keçirilir.

İyul ayının 4-də İsmayıllı rayonunun Keyvəndi kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Həllini müzakirə məqamında tapan məsələlər də olub. Həlli ciddi araşdırma səbəbindən vaxt tələb edən bir neçə müraciətlə bağlı aidiyyəti tərəflərə müvafiq tapşırıqlar verilib.

Problem kimi qarşıya çıxan məsələlərin həllində qarşılıqlı razılıq zəminində yaranan məmnunluq dövlət-vətəndaş münasibətlərinin yüksəlməsinə tam şərait yaradır. Əslində, keçirilən görüş və qəbullarda qarşıya qoyulan məqsəd də elə budur.

Odur ki, səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması RİH-nin gündəlik fəaliyyətinin tərkib hissəsi kimi dəyərləndirilir.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz