Problemlərin həlli başlıca məqsəddir
İsmayıllı Rayon İcra Hakimiyyətində aidiyyəti xidmət təşkilatı rəsmilərinin iştirakı ilə vətəndaşların problemlərinin həlli istiqamətində növbəti görüş keçirilib.
Qəbulda sakinlərin müraciətləri dinlənilib. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib məsələlər ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Göstərilən diqqətə görə təşəkkür edən sakinlərə bundan sonra da qayğılarının daim diqqətdə saxlanılacağı qeyd olunub.


