Məmnunluğun yüksəlməsinə geniş meydan açılır
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulları davam edir. Növbəti səyyar qəbul-görüş rayonun Uştalqışlaq kəndində keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar qəbul-görüş zamanı əvvəlcə ölkədəki, eləcə də rayondakı sosial-ictimai durumla bağlı məlumat verib. Keçirilən görüşlərin sakinlərə yaşadıqları ünvanda diqqət göstərilməsinin bariz nümunəsi olduğunu vurğulayıb.
Kənddə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün aidiyyəti idarə və müəssisə rəsmilərinə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması onlarda dövlət-vətəndaş məmnunluğunun yüksəlməsinə daha geniş meydan açması səbəbindən minnətdarlıqlarını ifadə ediblər.