Müvafiq qurumlara tapşırıqlar verilib
Vətəndaşların problemlərinin həlli istiqamətində İsmayıllı Rayon İcra Hakimiyyətində növbəti görüş keçirilib.
Görüşdə İsmayıllı RİH-nin başçısı Nahid Bağırovla bərabər aidiyyatlı idarə və təşkilat rəhbərləri də iştirak ediblər.
Qəbulda ayrı-ayrı ünvan və yaşayış məntəqələrini təmsil edən sakinlərin müraciətləri dinlənilib. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vaxt tələb edən digər vacib məsələlər üzrə müvafiq qurumlara tapşırıqlar verilib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə başçı bundan sonra da qayğılı insanların daim diqqətdə saxlanılacağını qeyd edib. Müraciət edənlərin hər biri göstərilən diqqət üçün minnətdar olduqlarını bildiriblər.