Şuranın geniştərkibli iclası keçirilib  

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın geniştərkibli iclası keçirilib.

İclasda İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, baş həkim Nərgiz Rəhimova, Tibbi Şuranın üzvləri, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov, Ailə Sağlamlıq Mərkəzinin müdirləri, kənd həkim və tibb məntəqə müdirləri, xəstəxananın şöbə müdirləri və ixtisas həkimləri iştirak ediblər.

İclas zamanı öncə 27 iyun 2024-cü il tarixində TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə qeyd olunan məsələlər müzakirə olunub. Direktor Vidadi Rəhimov tərəfindən həmin məsələlər haqqında geniş məlumat iclas iştirakçılarının nəzərinə çatdırılıb.

İclasda həmçinin Tibbi Şuranın gündəliyində duran məsələlər – 2024-cü ilin 6 ayı ərzində hamilə qadınlara göstərilən antinatal xidmətin aparılması vəziyyəti və ilkin səhiyyə xidmətinin, o cümlədən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının 21 fevral tarixli əmrinin yerinə yetirilməsi müzakirə olunub.

Rəhbərlik tərəfindən müşavirədə qeyd olunan məsələlərlə bağlı tədbir iştirakçılarına ciddi tapşırıqlar verilib.

Leyla Əliyeva,

xəstəxananın əməkdaşı

Şərh Yaz