Asudə vaxtın səmərəli təşkili
5 iyul 2024-cü il tarixdə İsmayıllı rayonundakı Heydər Əliyev adına Parkda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Günərzi yay düşərgəsi” təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual-əyləncəli oyunlar, idman növləri üzrə müxtəlif yarışlar təşkil edərək onların fərdi inkişafını təmin etmək olub.
Düşərgədə gənclərin dünyagörüşünü və intellektual səviyyəsini inkişaf etdirmək, onların istedadını üzə çıxarmaq və nümayiş etdirmək məqsədilə müxtəlif rubrikalar təşkil olunub. İştirakçılar arasında badminton, söz oyunu və digər maraqlı yarışlar keçirilib.
Daha sonra düşərgə iştirakçıları İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə səfər edib, buradakı eksponatlarla tanış olmaq imkanı qazanıblar.
Sonda fəal olan iştirakçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin sertifikatları təqdim edilib.
F.Qurbanov