Məqsəd vətəndaş-dövlət məmnunluğuna nail olmaqdır   

               

Kürdeldarbəyli kəndi İsmayıllı rayonunun ucqar, daha doğrusu, rayon mərkəzindən xeyli uzaqda olan yaşayış məntəqələrindəndir.  Digər kəndlərdə müəyyən problemlərin olmasını elə bu kəndə də şamil oluna bilər. Vətəndaşların  problemləri ilə bərabər rayon mərkəzinə gəlməmələri üçün  RİH-nin başçısı Nahid Bağırov səyyar qəbul – görüşlərini yerlərdə, xidməti idarə və müəssisə məsulları ilə bərəabər keçirməyə üstünlük verir. Rayonun kəndlərində görüşlərin bu şəkildə keçirilməsi sakinlərin də ürəyincədir.

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşlarla keçirilən səyyar qəbullar birmənalı şəkildə onların rahatlıq və məmnunluğunun təminatına hesablanır.

Rayonun Kürdeldarbəyli kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, problem olaraq qaldırılan məsələlərin bir qismi müzakirələrdən sonra həllini tapıb. Araşdırma baxımından vaxt tələb edən müraciətlər qeydiyyata alınıb və  həlli üçün müvafiq tapşırıqlar verilib.

Keçirildiyi ərazidən asılı olmayaraq, səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həlli üçün təxirəsalınmaz tədbirlər görülür. Çünki keçirilən səyyar qəbullarda yeganə məqsəd vətəndaş-dövlət məmnunluğuna nail olmaqdır.

 

 

 

Şərh Yaz