İnternetdən təhlükəsiz istifadə
İyul ayının 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi: internetdəki təhlükələrdən necə qorunaq?” adlı maarifləndirici görüş keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhruz Xələfov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, “Kapital Bank”ın İsmayıllı rayon filialının müdiri Nurlan Məmmədov, İsmayıllı Rayon Polis Şöbəsinin kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşı, polis mayoru Xətai Daşdəmirli fəal şəkildə iştirak ediblər.
Tədbirdə çıxış edənlər mövzunun aktuallığını vurğulamış, əhalinin bütün yaş qruplarının internetdən təhlükəsiz istifadə sahəsində maariflənməsinə ehtiyac duyulduğunu bildiriblər. Həmçinin qeyd olunub ki, informasiya təhlükəsizliyi şəxsi məlumatların icazəsiz və ya qeyri-formal şəkildə əldə edilməsi və onlar üzərində müxtəlif əməliyyatların aparılmasının önlənməsini nəzərdə tutur. Mütəxəssislər tədbir iştirakçılarına şəxsi və bank məlumatlarının qorunması ilə bağlı tövsiyyələr veriblər.
Xatirə Bağırova