O, Vətənə, xalqa sədaqətlə, ləyaqətlə xidmət edib   

14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi gündür. Bu münasibətlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

Öncə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla və ehtiramla yad edilib.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov tədbiri giriş sözü ilə açaraq Ulu öndərin mənalı və şərəfli həyat yolundan danışıb.

Daha sonra Ümummilli liderin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlməsini və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir zamanı çıxış edənlər ulu öndər Heydər Əliyevin istər sovetlər birliyi, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etməsindən, Azərbaycanımızı ən çətin məqamlarında üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etməsindən, müstəqilliyimiz uğrunda misilsiz fədakarlıqlarından söhbət açıblar.

Həmçinin çıxışlar zamanı Ümummilli liderin layiqli davamçısı Prezident cənab İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək, qazandığı uğurlardan və nəticədə inkişaf etməkdə olan dövlətimizdən danışıblar.

Onun əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayır və yaşayacaq!

Allah Ulu öndər Heydər Əliyevə rəhmət etsin.

Leyla Əliyeva

 

Şərh Yaz