100 lider qadından biri         

                   

BMT-nin İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə “Smart qadınlar smart icmalar yaradır” təşəbbüsü çərçivəsində Bakıda “Rəqəmsal iqtisadiyyatda qadın iştirakı” mövzusunda biznes-forum keçirilib. Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) tərəfindən təşkil olunan forum Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə baş tutub.

VI çağırış Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva ölkəmizdə qadınların sahibkarlıq fəaliyyətində iştirakının təmin edilməsi və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən silsilə tədbirlərə toxunublar. Qeyd olunub ki, qadınların rəhbərlik etdiyi müəssisə və təşkilatların inkişaf etdirilməsi, qadınların iqtisadi həyatda iştirakının təmin olunması, kənd yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir.

Forumda Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova tərəfindən qadın fermer və sahibkarların uğur hekayələri əsasında hazırlanmış “Azərbaycanın Regionlarından 100 Qadın DİM lideri” kitabının təqdimatı da keçirilib.

Sevindirici haldır ki, İsmayıllı rayonundan Tünzalə Sarı qızı İsmayılova da Respublika üzrə seçilən 100 lider qadından biri adına layiq görülüb. 100 lider qadın haqqında kitabda onun hekayəsi yer alıb. Eyni zamanda, 3 Dayanıqlı İnkişaf nominasiyasında uğurlarına görə Fəxri fərmanla təltif edilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz