Nəzəri biliklər təcrübədə həyata keçirilib
28 mart 2024-cü il tarixindən 6 iyul 2024-cü il tarixinədək İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb bacısının işi fakültəsinin tələbələri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının şöbələrində istehsalat təcrübəsində olublar.
Ötən müddət ərzində gənc ağ xalatlılar burada nəzəri biliklərini təcrübədə həyata keçirməyə can atmış və buna yetərincə nail ola bilmişlər.
Təcrübə rəhbəri, baş həkim Nərgiz Rəhimova və baş tibb bacısı Azadə Bağıyeva təcrübə prosesini bitirən, gələcəyin ağ xalatlı tibb bacılarına qarşıdan gələn dövlət imtahanlarında və gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.
L.Əliyeva