İsmayıllı UGİM-nin növbəti uğuru    

       

Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “EkoSfera” Ekoloji-Sosial Mərkəz ictimai birliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” məktəblilərin VI Respublika müsabiqəsinin zona mərhələsində iştirak edərək  İsmayıllı rayon UGİM-nin dərnək üzvləri rəqiblərinə bilik və bacarıqda qalib gələrək 1-ci yerə layiq görülüblər.

Salahlı Murad Anar oğlunun kapitanlığı ilə Dağlıq Şirvan zonası İsmayıllı rayon komandasının üzvləri – Şabanova Aynişan Səyavuş qızı, Əsədova Sevinc Mətləb qızı, Hüseynli Ağalar Şəhriyar oğlu və Faxtiyev Ömər Kamil oğlu  “Meşə məhsulları” nominasiyası üzrə mümkün 100 bala sahib olublar.

Qalib komandanı təbrik edir, bilicilərimizə final mərhələsində də uğurlar arzulayırıq.

Ülviyyə Cəbiyeva

 

 

 

Şərh Yaz