Keçmişi xatırlayarkən
1882-ci il. Qəbələdə açılan ilk dünyəvi məktəb. Kamil Məmmədovun təhsil aldığı orta məktəb.
Azərbaycan Kommunist Partiyasının növbəti Qurultayının bir qrup nümayəndəsi.
Qırmızı Əmək Bayrağı ordeninin H.Ə.Əliyev tərəfindən təqdim edilməsi mərasimi.
Bu zaman o soruşdu: “Pambıq toxumlarının emalı necədir?”
Mən cavab verdim: Heydər Əliyeviç, onlar hamısı respublikamızda emal olunacaqdır.
Mineral suyun qablaşdırılması üzrə Naxçıvandakı zavodun tikintisinə Heydər Əliyevin gəlməsi.
Heydər Əliyev məndən soruşdu: “Badamlıdan və Vayxırdan mineral suyun nəql edilməsi hansı borularla nəzərdə tutulur?”
Mən cavab verdim: Çuqun.
Heydər Əliyev: “Borular paslanmayan poladdan olmalıdır və ya da, heç nədən!”
Sərginin yeyinti-sənaye bölməsinə Heydər Əliyevin gəlməsi.
Mərdəkandakı makaron fabrikinin tikintisinə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sov. İKP MK-nın siyasi bürosunun üzvü, Bakı şəhəri Əzizbəyov rayonu seçki dairəsi üzrə SSRİ Ali Sovetinin deputatlığa namizədi H.Ə.Əliyevin gəlməsi. 1983-cü il.
Respublikanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə Sov.İKP MK-nın katibi Kulakovun gəlməsi.
“Əmin-amanlıq və qarşılıqlı anlaşma hökm sürən, valideynlə övlad arasında münasibətlərin bərabərlik və hörmət əsasında qurulduğu ailələri sözün əsl mənasında təbiətin incisi saymaq olar”.