Sağlam həyat tərzi keçirməyin yolları araşdırılıb
23 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Narkomaniya təhlükəsi barədə maarifləndirmə” adlı tədbir keçirilib.
Tədbirdə mərkəzin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, hüquq şöbəsinin əməkdaşı Rasim Rəhimov, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi ictimai birliyinin icraçı direktoru Tələt Qəribov, İsmayıllı bələdiyyəsinin sədr əvəzi Şahməmməd Soltanov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının narkoloq həkimi Mahir Azayev çıxış edərək narkomaniyanın gətirdiyi bəlalar və onun cəmiyyətimizə, insanlığa vurduğu ziyanlar barədə iştirakçılara geniş məlumat veriblər.
Tədbirdə narkomaniyadan uzaq durmağın yolları, sağlam həyat tərzi keçirməyin faydaları geniş müzakirə mövzusu olub.
X.Bagırova