Xidmət rəisi vətəndaşları qəbul edib   

 

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov iyunun 14-də İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağsu, Şamaxı, Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. İsmayıllı rayonunun Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz