İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Qurban bayramı münasibətilə təbriki   

 

Əziz həmvətənlər!

 

Sizi Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə ən səmimi arzu və diləklərimi yetirirəm. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.

Bu bayram insanları mərhəmətə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrimizdən biridir.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsir, imkansızlara və ehtiyacı olanlara yardımlar edir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Bu əziz bayram münasibətilə hər birinizi təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağınızı arzu edirəm. Allah-Təala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!

Hörmətlə,

İsmayıllı RİH-nin başçısı Nahid Bağırov

Şərh Yaz