Bayramınız mübarək, əziz tibb işçiləri   

             

 

Hər il 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov həmin gün İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərliyi və kollektivi ilə birgə ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub.

Başçı bildirib ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

Çıxışının sonunda başçı tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Bayramınız mübarək olsun, əziz tibb işçiləri!

İsmayıllı xəbərləri

 

 

 

 

 

 

Şərh Yaz