Diqqət gündən-günə artırılır  

       

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun Zeyvə kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirməsi baradə sosial şəbəkədə paylaşım edib.

Paylaşımda qeyd edilir ki, bu qəbildən olan görüş və səyyar qəbullar  Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilir. Bildirilir ki, əksər qəbullarda olduğu kimi, rayonun Zeyvə kəndində keçirilən qəbulda da vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Hər bir məsələnin həlli üçün müvafiq tapşırıqlar verilib.

Başçı yerlərdə keçirilən səyyar qəbulları dövlət-vətəndaş münasibətlərinin daim diqqətdə saxlanıldığının əyani sübutu olduğunu bildirib. Bu istiqamətdə fəaliyyətin gündən-günə artırıldığını vurğulayıb.

Görüşdə sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün gündəlik iş aparıldığı, bunun üçün aidiyyəti müəssisə və təşkilatlara müvafiq tapşırıqlar verildiyi diqqətə çatdırılıb..

 

 

Şərh Yaz