Günün əsas tələblərindən biri
Vətəndaşlarla növbəti səyyar qəbul-görüşün rayonun Bizlan kəndində keçirilməsi barədə olan sosial şəbəkədəki paylaşımında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin diqqətdə saxıanıldığını, və bu məqsəddən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün rayonun kənd və qəsəbələrində vətəndaşlarla səyyar qəbullarin keçirilməsinin davam etdirildiyi açıqlayıb.
Rayonun Bizlan kəndində keçirilən qəbulda vətəndaşları narahat edın məsələlər öyrənilib, sakinlərin müraciətləri dinlənilib, problemlərin bir qismi araşdırılaraq yerində həll olunub. Araşdırılması vaxt tələb edən müraciətlər qeydiyyata alınıb, həlli üçün müvafiq tapşırıqlar verilib.
Səyyar qəbulun sakinlərin məmnunluğu ilə yekunlaşması göstərir ki, çatışmazlıqların həlli istiqamətində görülən işlər vacib əhəmiyyət kəsb edir və bu sahədə işin mütəmadi aparılması günün əsas tələblərindəndir.