Bütün diqqəti sosial rifahın yüksəlişinə yönəldilib        

 

 

İyun ayının 20-də İsmayıllı rayonunun Göytəpə kəndində keçirilən qəbulda vətəndaşlar müraciətlərinin diqqətlə dinlənilməsi, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilməsi barədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünün sosial şəbəkə səhifəsində raylaşım edib.

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun  kənd və qəsəbələrində keçirilən vətəndaş qəbullarının mahiyyətini açıqlayan başçı son günlərdə ölkədə və bölgədə diqqət çəkən yeniliklərdən söz açıb.

Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün görülən tədbirləri gündəlik fəaliyyətdə başlıca məqsəd olduğunu bildirən N.Bağırov bundan sonra da bütün diqqətin sosial rifahın yüksəlişinə yönəldiləcəyini bildirib.

Şərh Yaz