Lahıc qəsəbəsində səyyar qəbul 

           

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının tədbirlər planına uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbullarının keçirilməsi davam edir.

Görüş öncəsi son vaxtlar ölkədə gedən inkişafdan, rayonda görülmüş işlərdən söz açılıb. Lahıc qəsəbəsinin turizm məkanı kimi təkcə vətənimizdə deyil, xaricdə də tanınıb sevilməsi bir daha diqqətə çatdırılıb. Bu səbəbdən qəsəbənin, təmizlik və abadlıq işlərinə xüsusi önəm verilməsinin vacibliyi vurğulanıb.

Lahıc qəsəbəsində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.

 

 

 

Şərh Yaz