Məmnunluğa xidmət edən görüş-qəbullar

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar qəbul-görüşü rayonun Mollaisaqlı kəndində gerçəkləşib.

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhali ilə yerlərdə görüşməyin vacibliyi, mövcud problemlərin operativ həllinə yönəldilib. Kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulları bir qayda olaraq vətəndaş-dövlət məmnunluğunu təmin  edir.

Bu məqsədlə İsmayıllı rayonunun Mollaisaqlı kəndinə səfər edən RİH başçısı keçirilən qəbulda vətəndaşların müraciətlərini diqqətlə dinləyib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb, həlli istiqamətində müvafiq, ciddi tapşırıqlar verilib.

Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması razılığa səbəb olmaqla bərabər, həm də vətəndaşların ölkə rəhbərliyi ətrafında sıx birləşməsinə inam və şərait yaradır. Səyyar görüş-qəbulların müntəzəm keçirilməsi məhz bu məqsədə xidmət edir.

 

Şərh Yaz