Görüş-qəbullara ara verilmir  

         

İsmayıllı Rayon İcra hakimiyyəti başçısının yerlərdə sakinlərlə görüşləri davam etməkdədir. Vətəndaşlarla növbəti səyyar qəbul  rayonun Tağlabiyan  kəndində keçirilib.

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun  keçirilən  görüşlərdə vətəndaşların istək və arzuları dinlənilir, rayonun kənd və qəsəbələrində vətəndaşların narahatlığına səbəb olan məsələlərin həlli gerçəkləşir.

Digər görüşlərdə olduğu kimi, bu görüşdə də vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb, onların qısa müddətdə  həlli üçün müvafiq tapşırıqlar verilib.

Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətləri öz həllini tapdıqca vətəndaşların məmnunluğu da təmin olunur. Müntəzəm keçirilən görüş-qəbullara məhz bu baxımdan ara verilmir.

İsmayıllı xəbərləri”

Şərh Yaz