Dostluq əlaqələri də şərtdəndir   

     

16 may 2024-cü il tarixində Ağsu rayonunun Pirhəsənli kənd tam orta məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, həmçinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Birkimibirlikdə” devizi altında İsmayıllı rayon A.Məmmədov adına Diyallı kənd tam orta məktəbinin və Ağsu rayon Pirhəsənli kənd tam orta məktəbi komandaları arasında voleybol idman növü üzrə yoldaşlıq oyunu keçirilib.

Oyunun keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması ilə yanaşı, region məktəbləri və məktəbliləri arasında dostluq əlaqələrinin qurulmasından ibarət olub.

Sonda yarış iştirakçıları Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Fəxri fərmanları ilə təltif olunublar.

 

 

Şərh Yaz