Qalib şagirdlərlə görüş   

   

 

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olaraq medal qazanan şagirdlərlə görüş keçirilib.

İsmayıllı Rayon Təhsil Sektorunun akt zalında keçirilən görüşdə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov iştirak edib.

Qeyd edək ki, region üzrə finalda qalib olan 17 nəfər şagirdin hamısı İsmayıllı rayon ümumtəhsil məktəblərində təhsil alır. Onlardan 6 nəfəri qızıl, 8 nəfəri gümüş, 3 nəfəri isə bürünc medal qazanmışdır. Bu rəqəmlər İsmayıllı təhsilinin regiondakı yüksəkliyinin əyani göstəricisidir.

Qaliblərimizi, onların təhsil aldığı məktəblərin fənn müəllimlərini təbrik edirik.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz