Tələbə həyatı: İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər
Gələcəyin sahibi olmaqla bərabər
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 330-2-35 saylı 11 yanvar 2024-cü il tarixli məktubunun icrası ilə əlaqədar cari il üçün İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində görüləcək işlər haqqında iş planına uyğun olaraq may ayının 7-də turizm fənləri fənn birləşmə komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, “Narkomaniya və zərərli vərdişlərə son” mövzusunda tələbələrin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tələbələrə çatdırılan məlumatlarda narkomaniyanın fəsadları ətraflı şəkildə izah olunub. Gənclərə gələcəyin sahibi olduqları xatırlanmaqla bərabər, sağlamlıqlarının ölkə inkişafı üçün əhəmiyyəti açıqlanıb.
Kərim Boyaqçızadə