Kross və gimnastika təbliğ olunub
7 may 2024-cü il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib.
Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi və onların daxili işlər orqanlarında, Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsindən ibarət olub.
Tədbirdə İsmayıllı Rayon Polis şöbəsinin əməkdaşı polis kapitanı Şahin Süleymanlı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Rəşad Osmanov və əməkdaşları, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları – Azər Fətullayev, Rəşad Əsgərov, idman ictimaiyyətinin nümayəndələri, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri iştirak edib.
F.Qurbanov

