Dostlara hədiyyə olunan kitab   

     

Azərbaycan Yazıçılar Birliyinin üzvu, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri, şair-tərcüməçi Şahməmməd Dağlaroğlunun Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində çağdaş özbək şairlərindən Azərbaycan dilinə çevirmələri əsasında tərtib olunmuş antologiya işıq üzü görüb.

Tərcüməçi şairin “Dostlara hədiyyə” adı verdiyi toplu Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin məsul əməkdaşlarının çapa yaxından köməkliyi ilə həyata vəsiqə alıb.

Ş.Dağlaroğlu kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərindən təşəkkür edir, şeirləri antologiyada yer almış müəlliflərə – şair dostlarına yeni-yeni yaradıcılıq uğurları arzulayır.

İsmayıllı xəbərləri”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir