Tibb işçisi olmayanda
Aprel ayının 5-i 2024-cü il tarixində Mücühəftəran kənd tam orta məktəbinin ibtidai sinif rəhbəri Ofeliya Məmmədova “Mülki müdafiə üzrə tədbirlər planı”na uyğun olaraq, şagirdləri ilə “İlk tibbi yardım” adlı maarifləndirici tədbir keçirib.
İstənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmaya bilər və bu zaman digər şəxslər zərərçəkmişlərə ilk yardım göstərməyi bacarmalıdırlar. Özünü itirmək və bacarıqsızlıq zədələnənlərin vəziyyətini bir qədər də ağırlaşdıra bilər. Ona görə hər kəs həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir. İlk yardım göstərərkən hadisə yerini diqqətlə nəzərdən keçirmək, şəraiti qiymətləndirmək və elə etmək lazımdır ki, yardım edən özü də zərərli təsirə məruz qalmasın.
Keçirilən tədbir balacaların diqqətinə səbəb olub. Onlar belə tədbirlərin vaxtaşırı keçirilməsində maraqlı olduqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”

